SOCAR Ukrayna hökuməti ilə böyük hub açacaq

19:30 | 26.02.2020
2020-ci ilin sonunadək Ukrayna Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Çonqar nəzarət-buraxılış məntəqəsində vətəndaşlara xidmət göstərmək üçün böyük hub açacaq.

"Report” Ukrayna KİV-inə istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski "Age of Crimea 2020" forumunda bildirib.

O qeyd edib ki, burada inzibati xidmətlərin göstərilməsi üçün tammiqyaslı mərkəz, istirahət zonası və digər mühüm obyektlər yerləşəcək.

Prezident xatırladıb ki, Krım köçkünləri üçün 500 mənzilin tikintisinə dəstəklə bağlı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla razılıq mövcuddur: "Bu yaxınlarda tikinti sahələrinin müəyyənləşdirilməsi məqsədilə Türkiyə tərəfinin nümayəndələri Ukraynaya səfər edəcəklər”.

www.anews.az

Xəbər lenti