SOCAR və RomGaz sabah Azərbaycan qazı ilə bağlı yeni saziş imzalayacaq

21:05 | 02.02.2023
SOCAR və RomGaz sabah Azərbaycan qazı ilə bağlı yeni  saziş imzalayacaq

SOCAR və RomGaz sabah Azərbaycan qazı ilə bağlı yeni saziş imzalayacaq

Fevralın 3-də Azərbaycan və Rumıniya aprelin 1-dən Azərbaycan qazının Rumıniyaya ixracına dair illik müqavilə imzalayacaqlar. Bu barədə  Rumıniya prezidenti Klaus Yohannis bildirib.
 
"Mən şadam ki, sabah iki milli şirkət - RomGas və SOCAR 2023-cü il aprelin 1-dən 2024-cü il aprelin 1-dək  Azərbaycan qazının Rumıniyaya ixracı barədə yeni müqavilə imzalayacaqlar", - Rumıniya prezidentinin saytı  İohannisin sözlərinə istinadən xəbər verir.
 
Rumniya prezidenti hazırda rəsmi səfərlə Bakıdadır və Azərbaycan prezidenti İlham Əliyevlə görüşdən sonra açıqlama verib. 
 
Cənub Qaz Dəhlizinin bir hissəsi olan TAP qaz kəməri "Mərhələ-2” layihəsi çərçivəsində "Şahdəniz” yatağından ildə 10 milyard kubmetr qazın nəqli üçün nəzərdə tutulub. Qaz kəmərinin ötürmə qabiliyyəti onun ötürücülüyünü ildə 20 milyard kubmetrə çatdırmağa imkan verir.
     
TAP AG 2026-cı ildən etibarən qaz kəmərinin ildə 1,2 milyard kubmetr qazla genişləndirilməsinin birinci mərhələsini həyata keçirəcək.
     
2022-ci ildə Azərbaycan qazının Avropaya ixracı 11,4 milyard kubmetr təşkil edib ki, bu da əvvəlki ilin göstəricisini 12,3 faiz üstələyib.
     
Azərbaycan 2023-cü ildə Avropaya təxminən 12 milyard kubmetr qaz ixrac etməyi planlaşdırır.
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM