Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Sərmayələr və marketinq üzrə vitse-prezidentinin müavini Ədnan Əhmədzadə Türkmənistanın Milli Neft və Qaz Şirkətinin (NAPECO) baş direktoru Maksat Pirliyev ilə görüş keçirib.
"Report” xəbər verir ki, görüş Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən "Türkmənistanın neft və qazı” beynəlxalq roudşou tədbiri çərçivəsində baş tutub.
Görüşdə SOCAR tərəfindən Türkmənistan neftinin treydinqi ilə bağlı birgə müəssisənin yaradılması təklif olunub, həmçinin neft və neft məhsullarının Azərbaycan ərazisi ilə nəql imkanları müzakirə olunub.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !