​SOCAR və "Vitol Group" prezidentlərinin görüşü olub

17:16 | 23.07.2015
​SOCAR və

​SOCAR və "Vitol Group" prezidentlərinin görüşü olub

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev şirkətin baş ofisində dünyanın ən böyük enerji treydinq şirkətlərindən biri olan "Vitol Group"un prezidenti İan Teylorun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib. 

Bu barədə "Report"a SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, görüşdə beynəlxalq enerji daşıyıcıları bazarında mövcud vəziyyət və perspektivlər diqqət mərkəzində olub, bu məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb, iki şirkət arasında investisiya və treydinq sahəsində əməkdaşlıq imkanları araşdırılıb. Şirkət prezidentləri gələcəkdə birgə fəaliyyətin mümkünlüyünü vurğulayıb, əlaqələrin genişlənməsi və inkişafının hər iki şirkətin mənafeyinə uyğun olduğunu qeyd ediblər.

Görüşdə SOCAR və "Vitol Group" arasında əlaqələrin bundan sonra da davam etdirilməsi barədə razılıq əldə olunub.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM