SOCAR vətəndaşlara çağırış edib!

14:00 | 14.05.2022
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR)  vətəndaşları sosial şəbəkələrdə şirkət adından fəaliyyət göstərən fırıldaqçıların hiylələrinə uymamağa çağırıb.

"Son günlər müxtəlif sosial şəbəkələrdə SOCAR-ın adından istifadə edərkən vətəndaşlara maddi mükafatlar hesabına işlə təmin olunmaq və ya investisiya qoyuluşu təklif olunur. Bildiririk ki, bu fırıldaqçı səhifələrin SOCAR-a heç bir aidiyyəti yoxdur. SOCAR bu cür vədlərə görə heç bir məsuliyyət daşımır", - şirkətin açıqlamasında deyilir.

SOCAR-ın İctimaiyyətlə Əlaqələr və Kommunikasiyalar Xidməti bildiris ki, "biz vətəndaşları sayıqlığı itirməməyə və yuxarıda qeyd olunan hallarla bağlı dərhal hüquq-mühafizə orqanlarına müraciət etməyə çağırırıq”.

 SOCAR-da işə qəbul müəyyən standartlar və digər normativ sənədlər əsasında müsabiqə əsasında həyata keçirilir.
 
SOCAR-ın müəssisə və təşkilatları tərəfindən təqdim olunmuş vakant vəzifələr şirkətin internet saytında (www.socar.az) "Məşğulluq” və "Karyera” bölməsində yerləşdirilir. Bu bölmədə müsabiqənin qaydaları haqqında ətraflı məlumat da verilir. 
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb