SOCAR Xocalı sakininin evini sökmək istəyir

12:21 | 26.10.2017
SOCAR Xocalı sakininin evini sökmək istəyir

SOCAR Xocalı sakininin evini sökmək istəyir

Xocalıdan olan məcburi köçkün Nurməhəmməd İsmayılov çətin vəziyyətdədir. Bu barədə Modern.az-a danışan şikayətçinin verdiyi məlumatdan bəlli olur ki, 1989-cu il Fərqanə hadisələri zamanı Özbəkistandan, 1992-ci ildə isə Xocalıdakı ev-eşiyindən didərgin düşüb. Nurməhəmməd İsmayılov əslən Ahıska türklərindəndir.
 
Sonuncu qovulma isə Quba rayonunda gerçəkləşməkdədir.
 
Belə ki, Xocalıdan didərgin düşdükdən sonra Qubada özünə güc-bəla ilə yuva quran Nurməhəmməd bəy 3 otağa 16 nəfər ailə üzvünü sığışdıra bilib. İndi isə SOCAR şirkəti qaz xəttinin üzərində yerləşdiyini əsas gətirərək, evi sökmək qərarına gəlib.
 
Nurməhəmməd kişi yenə də etiraz etmir. Amma "ev üçün kompensasiya verin” deyir. Hətta məhkəmə qərarında da kompensasiya ödənişi nəzərdə tutulub. Amma SOCAR ödəniş etməkdən imtina edir.
 
Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat katibi Nizaməddin Quliyev Modern.az-a məsələnin araşdırlacağını bildirib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM