SOCAR Yerevanda futbol oynadı və qalib gəldi

08:31 | 07.08.2019
SOCAR Yerevanda futbol oynadı və qalib gəldi

SOCAR Yerevanda futbol oynadı və qalib gəldi

Yerevanın Respublika stadionunda Avropa Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində "Ararat-Ermənistan" və Gürcüstanın "Saburtalo" komandaları arasında ilk görüş olub.

Virtualaz.org bildirir ki, oyunda Gürcüstan çempionu 2-1 hesabı ilə qalib gəlib.

Maraqlıdır ki, "Saburtalo"ya SOCAR Energy Georgia dəstək verir, hansı ki, klubun həm də titul sponsorudur.

Gürcüstan komandasının formasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin abreviaturası və loqotipi olduğu üçün erməni telekanalları matçı canlı yayımlamaqdan imtina ediblər. Nəticədə oyun yalnız Youtube-da yayımlanıb.

Qeyd edək ki, cavab qarşılaşması avqustun 14-də Tbilisidə keçiriləcək.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM