SOFAZ “AAA” olan pul bazarı fondlarına yatırdığı investisiyaların həcmi artıb

17:24 | 18.07.2024
SOFAZ “AAA” olan pul bazarı fondlarına yatırdığı investisiyaların həcmi artıb

SOFAZ “AAA” olan pul bazarı fondlarına yatırdığı investisiyaların həcmi artıb

2024-cü ilin əvvəlinə Azərbaycan Dövlət Neft Fondunun (SOFAZ) kredit reytinqi "AAA” olan pul bazarı fondlarına yatırdığı investisiyaların ümumi həcmi 2 milyard  manat təşkil edib ki , bu da  ötən il yanvarın 1-i ilə müqayisədə 65,8 % çoxdur.  Bu barədə SOFAZ rəsmi saytında yerləşdirilən audit hesabatına bildirilib.
,
Ötən il ARDNF qeyd olunan fondlardan daha birinə - "Goldman Sachs”a 913,364 milyon manat investisiya yatırıb. Digər fonda - "BlackRock ICS Sterling Liquidity"yə yatırılan investisiyalar isə 10,7 % azalıb və  1,068 milyard manat olub.
 
SOFAZ Azərbaycan Prezidentinin 29 dekabr 1999-cu il tarixli fərmanı ilə yaradılıbr və dövlət başçısına hesabat verən büdcədənkənar dövlət qurumudur.
 
Fonda neft kontraktlarının icrasından, xüsusən də dövlətin gəlirli neft və qazının satışından, neftin və qazın ölkə ərazisindən daşınması üçün tranzit tariflərindən, dövlət əmlakının icarəyə verilməsindən və s. gəlirləri toplanır.
 
Fondun 2024-cü il iyunun 30-a olan aktivləri 57 milyard dollar təşkil edir.
 
N.Təbrizli




www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti