• $
  • €
  • ₽
  • ₺
  • £

SOFAZ ehtiyatları sabit qalacaq

SOFAZ ehtiyatları sabit qalacaq
30.07.2024 21:43
Neftin orta qiyməti 85 dollar/barel olarsa, Azərbaycan Dövlət Neft Fondunun (SOFAZ) aktivləri 2024-cü ilin sonuna 58 milyard dollar təşkil edəcək. Bunu ölkənin Maliyyə Nazirliyi proqnozlaşdırıb.

Eyni zamanda, 2024-cü il iyunun sonunda ARDNF-nin aktivləri də 58 milyard ABŞ dolları həcmində qiymətləndirilir.

Maliyyə Nazirliyinin  materiallarına əsasən, neftin müxtəlif qiymətlərində SOFAZ--nin aktivlərində dəyişikliklər üçün bir neçə ssenari hazırlanıb.

Beləliklə, baza halda - neftin orta qiyməti 75 dollar/barel olmaqla - ARDNF-nin aktivləri (planlaşdırılmış xərclərin 100% maliyyələşdirilməsi nəzərə alınmaqla) 2025-ci ilə qədər 57,6 milyard dollar təşkil edəcək.

Neftin orta qiyməti 80 dollar/barel olduqda, 2024-cü ilin sonuna ARDNF-nin aktivləri 57,8 milyard dollar, neftin orta qiyməti 70 dollar/barel olduqda 57,4 milyard dollar, neftin orta qiyməti 65 dollar/barel olduqda isə 57,1milyard dollar təşkil edəcək. 

"Beləliklə, neftin qiymətinin orta hesabla 10 dollar/barel artması/azalması Dövlət Neft Fondunun aktivlərinin orta hesabla 400 milyon dollar artması/azalmasına səbəb olur”, - deyə Maliyyə Nazirliyi qeyd edib.

Azərbaycan Neft Fonduna neft və qaz müqavilələrinin icrasından, xüsusən gəlirli dövlət neftinin və qazının satışından, neft və qazın ölkə ərazisindən nəqlinə tranzit tariflərindən, dövlət əmlakının icarəyə verilməsindən və s. gəlirlər toplanır.
 
 
N.Təbrizli

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:05
Qızıl və gümüş ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol