Soçidə Olimpiya mərkəzinin damı uçdu

09:11 | 10.12.2013
Soçidə Olimpiya mərkəzinin damı uçdu

Soçidə Olimpiya mərkəzinin damı uçdu

Dam örtüyü yağan qarın ağırlığına davam gətirə bilməyibSoçidə 2014-cü ildə keçiriləcək Olimpiada üçün hazırlanmış "Sanki" idman kompleksinin sanno-bobsley trası uçub. ANS PRESS-in “eurosport”a istinadən verdiyi məlumata görə, dam örtüyü qarın ağırlığına davam gətirə bilməyib. Hadisə zamanı xəsarət alanların olması barədə heç bir məlumat yoxdur. Hələ ki, dam örtüyünün uçması ilə bağlı xəbəri rəsmi qurumlar təsdiqləməyiblər.Sanni idman mərkəzi 2012-ci ildə açılıb və burada dünya kuboku oyunları da keçirilib.Xatırladaq ki, Soçi Olimpiadasının keçirilməsinə iki ay qalır. Fevralın 7-dən 23-ə kimi Olimpiada oyunları keçiriləcək və bundan bir qədər sonra martın 7-dən 16-a qədər isə Paralimpiya oyunları davam edəcək. ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM