Şok hesabat: $300 mln yoxa çıxdı

13:34 | 15.02.2015
Şok hesabat: $300 mln yoxa çıxdı

Şok hesabat: $300 mln yoxa çıxdı

Rusiyanın proqram təchizatı şirkəti "Kasperski labaratoriyası” şokedici hesabat yayıb.

ANS PRESS-in məlumatına görə, hesabata əsasən hakerlər daha çox Rusiyaya aid banklardan 300 milyon dollara yaxın pulu mənimsəyə biliblər. 

Şirkətin şimali Amerika bölməsinin direktoru Kris Dogget bildirib ki, dələduzlar ən müasir üsullardan və taktikalardan istifadə ediblər. Bu onlara 2 il ərzində qeyri qanuni fəaliyyətlə məşğul olmağa imkan yaradıb.

"The New York Times” yazır ki, Rusiya, Çin və bəzi Avropa ölkələrindən olan hakerlər 30 ölkənin banklarının kompyüter sistemlərinə proqram təchizatı yükləməyə nail olublar. Bununla da kibercinayətkarlar maliyyə təşkilatlarının insayder informasiyasına müdaxilə edə biliblər. Bu onların külli miqdarda pulları öz hesablarına yatırmağına kömək olub.

Qeyd edək ki, "Kasperski labaratoriyası” hesabatın tam mətnini 16 fevralda dərc edəcək. 
 
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM