Şok olay: Azyaşlının qarşısında oynayan rəqqasələr həbs edildi

13:09 | 06.10.2019
Türkiyənin İzmir şəhərində sünnət mərasimində azyaşlı uşağın qarşısında yarıçılpaq oynayan rəqqasələr həbs olunub.
Anews.az Teleqraf.com-a istinadən xəbər verir ki, bir sünnət mərasimində açıq-saçıq geyinmiş rəqqasələrin performansı ölkədə etirazlara səbəb olmuşdu.
Polisə edilən şikayətlərdən sonra mərasimdə iştirak edən T.K. və H.K. adlı rəqqasələr barəsində həbs qətimkan tədbiri seçilib.
Habelə rəqqasələri mərasimə dəvət edən adı açıqlanmayan şəxs də saxlanılıb.
Bir neçə gün əvvəl İzmirdə küçədə keçirilən sünnət mərasimində bir rəqqasənin azyaşlı uşağın qarşısında rəqs etməsi sosial şəbəkədə etiraz yaratmışdı.

İstintaq davam edir.

www.anews.az
loading...

Xəbər lenti