ŞOK!!! Tələbə qızlar qidadan ölməyibmiş - Onları kim zəhərləyib? - VİDEO

21:59 | 04.12.2019
ŞOK!!! Tələbə qızlar qidadan ölməyibmiş - Onları kim zəhərləyib? - VİDEO

ŞOK!!! Tələbə qızlar qidadan ölməyibmiş - Onları kim zəhərləyib? - VİDEO

"Son zamanlar qida zəhərlənmələrinin sayının artması haqqında yayılan məlumatlar yanlışdır. Sadəcə, həmin zəhərlənmələrin araşdırılması düzgün həyata keçirilmir. Çox tələsik məlumatlar verilərək, laborator ekspertizaların cavabları müəyyənləşməmiş həmin zəhərlənmələrin qida mənşəli olması barədə informasiyalar yayılır”.
 
Oxu24.com -un  xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib. 
 
O bildirib ki, agentliyə  daxil olan məlumatlarla qoyulan diaqnozlar arasında ciddi fərqlər olur:
"Ümumiyyətlə, qida zəhərlənmələri haqqında onu deyə bilərəm ki, Azərbaycan dünyada qida təhlükəsizliyi indeksinə görə ən yüksək pillələrdən birini tutur. Qida təhlükəsizliyi indeksi dünyada 100 ballıq şkala ilə ölçülür. Azərbaycan bununla bağlı 89 bal yığıb. Bu, Azərbaycana idxal olunan və ölkədə istehsal olunan ilkin istehsal müəssisələrində qida məhsullarının təhlükəsizlik göstəricilərinin həddindən artıq yuxarı olmasıdır”. 
Agentliyin sədri Azərbaycanda sağlam qida məsələlərinin aşağı səviyyədə olduğunu da diqqətə çatdırıb. Qeyd edib ki, AQTA fəaliyyətə başladığı gündən etibarən 694 qida zəhərlənməsi faktı qeydə alınıb. Bunlardan da ötən il ərzində 1 və bu il ərzində 2 nəfər olmaqla, yəni 3-ü ölümlə nəticələnib: "Bu faktlar onu göstərir ki, Azərbaycanda məhsulların təhlükəsizlik göstəriciləri yüksək səviyyədədir. Onlarla davranışlar və vərdişlər, insanların qidalanma gigiyenası aşağı səviyyədədir. Biz məhsulları zəhərlənmə faktından sonra ekspertiza edərkən aydınlaşır ki, həmin məhsulların tərkibində məhsulun özünün təhlükəsizlik göstəricilərindən zəhərlənmə baş verməyib. İnsanların onlara təması nəticəsində, şəxsi gigiyena qaydalarına əməl etməmələri nəticəsində baş verib”. 
 
Ötən həftə Bakı Dövlət Universitetinin 3 tələbəsinin zəhərlənərək, 1-nin dünyasını dəyişməsi məsələsinə toxunan Qoşqar Təhməzli bildirib ki, ölümə səbəb qida yox, toksik zəhərlənmədir. 
 
Sosial şəbəkələrdə Azərbaycana idxal olunan məhsulların zərərli olduğu haqda yazılan məlumatlara münasibət bildirən AQTA sədri deyib ki, son zamanlar həddindən artıq dırnaqarası qida ekspertləri ortalığa çıxıb və onlar əhali arasında lazımsız təşviş yaradırlar: "Bu yaxınlarda belə bir məlumat oxudum ki, Azərbaycana idxal olan qidanın 99 faizi xəstəlik mənbəyidir. Heç bir elmi araşdırma olmadan, istinada söykənmədən insanlar mənasız bəyanatlar verirlər. Eyni zamanda GMO ilə əlaqədar belə bir məlumat oxudum ki, guya Azərbaycana idxal olunan və ölkədə istehsal olunan tərəvəzlərin yüz faizi Genetik Modifikasiyalı məhsullardır.
Sədr dünyada cəmi 30 adda Genetik Modifikasiyalı məhsulların olduğunu və onların arasında tərəvəzlərin sayının az olduğunu deyib. Bildirib ki, dünyada soğan, acı bibər, kələm, xiyar kimi tərəvəzlərin GMO-su yoxdur. 
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb