Somalinin cənubundakı Afqoye şəhərində terrorçu-kamikadzenin avtomobili partlatması nəticəsində Türkiyə vətəndaşları da daxil olmaqla azı 3 nəfər ölüb, 20 nəfər yaralanıb.
"Report” "Anadolu” agentliyinə istinadən xəbər verir ki, hücum türkiyəli işçiləri Somalinin paytaxtı Moqadişoya gedən yolda müşayiət edən polis karvanına qarşı törədilib.
Somali hökumətinin nümayəndəsi İsmail Muxtar Oronco ölənlər arasında Somalinin xüsusi təyinatlılarının komandanının müavininin də olduğunu söyləyib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !