Son 1 həftədə təmizlənən minalı ərazilərin həcmi açıqlanıb

15:07 | 04.11.2024
Son 1 həftədə təmizlənən minalı ərazilərin həcmi açıqlanıb

Son 1 həftədə təmizlənən minalı ərazilərin həcmi açıqlanıb

Oktyabrın 28-dən noyabrın 3-nə qədər azad olunan ərazilərdən 73 tank əleyhinə mina, 164 piyada əleyhinə mina, 7421 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib. Bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) həftəlik məlumatında deyilir.

Məlumata əsasən, 2270,7 hektar ərazi minalardan təmizlənib.
 
2023-cü il ümumilikdə Qarabağda 129 min 831 hektar ərazi minalardan təmizlənib. 
 
2020-ci il Vətən Müharibəsindən sonra 381 nəfər mina qurbanı olub. 
 
Azərbaycan hazırda dünyada minalardan əziyyət çəkən ilk 10 ölkə arasında yer alıb. 
 
Hazırda Qarabağda minaların təmizlənməsinə 4 özəl şirkət də cəlb olunub. Bundan əlavə, ANAMA ilə birgə Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti də ərazilərin təmizlənməsində iştirak edir.
 
Gülnar 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM