Son 10 ildə Naxçıvana investisiya qoyuluşu 2 dəfə artıb

21:30 | 21.10.2020
Son 10 ildə Naxçıvana investisiya qoyuluşu 2 dəfə artıb

Son 10 ildə Naxçıvana investisiya qoyuluşu 2 dəfə artıb

Bu ilin yanvar-sentyabr aylarında Naxçıvan MR-da bütün maliyyə mənbələrindən əsas kapitala 797,9 mln manat vəsait yönəldilib.

"Report”un yerli Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, 2010-cu ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə çoxdur.

9 ay ərzində muxtar respublikada infrastruktur quruculuğu tədbirləri çərçivəsində 100 elm və təhsil müəssisəsi, o cümlədən 18 938 şagird yerlik 66 ümumtəhsil məktəbi, 171 inzibati bina, 14 nasos stansiyası, 79 subartezian quyusu, 50 körpü, 202 mədəniyyət müəssisəsi, 111 səhiyyə müəssisəsi, 718 istehsal və xidmət sahəsi, 8 idman obyekti, əlil, məcburi köçkün, qaçqın, şəhid ailələri, təbii fəlakətdən zərər çəkənlər və digər bu kimi kateqoriyalardan olan şəxslər üçün 110 fərdi ev, mənzil və bir sıra digər obyektlər tikilib.

Bundan əlavə, bu dövrdə 97 elm və təhsil müəssisəsi, o cümlədən 34 240 şagird yerlik 75 ümumtəhsil məktəbi, 68 inzibati bina, 8 nasos stansiyası, 20 subartezian quyusu, 19 körpü, 100 mədəniyyət müəssisəsi, 21 səhiyyə müəssisəsi, 13 idman obyekti və digər obyektlər yenidən qurulub.

Yaşayış məntəqələrinin abadlaşdırılması, yaşayış yerlərində səmərəli idarəetmənin və əhaliyə göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi istiqamətində 2010-cu ildən 1 oktyabr 2020-ci il tarixinə qədər muxtar respublikada 125 kənd mərkəzi istifadəyə verilib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb