Son dörd ildə 600-dən çox uşaq ailəsinə qaytarılıb - Nazirlik

17:36 | 15.10.2024
Son dörd ildə 600-dən çox uşaq ailəsinə qaytarılıb - Nazirlik

Son dörd ildə 600-dən çox uşaq ailəsinə qaytarılıb - Nazirlik

Son 4 ildə uşaq müəssisələrində yaşayan 632 uşağın öz ailəsinə qaytarılması təmin edilib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib. 
 
Qaytarılan uşaqlardan 274-ü qız, 358-i oğlandır. 
 
Hesabat dövründə 500-dən çox uşağın  müəsisəslərə verilməsinin də qarşısı alınıb. 
 
Azərbaycanda həmçinin himayədar ailə modeli yaradılıb. Bu model 2023-cü ildən tətbiq edilir. 
 
İndiyədək 12 uşağın himayədar ailəyə verilməsi təmin edilib. 
 
"Himayədar ailə” qayğı modeli valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş, valideynləri tərəfindən müəssisəyə qoyulmuş uşaqların dövlət nəzarəti altında ailə mühitində böyüməsi və inkişafını nəzərdə tutur.
 
Aytac 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM