Son 4 ildə səhiyyə üçün ayrılan vəsait dörd dəfə artırılıb

12:27 | 01.11.2024
Son 4 ildə səhiyyə üçün ayrılan vəsait dörd dəfə artırılıb

Son 4 ildə səhiyyə üçün ayrılan vəsait dörd dəfə artırılıb

Son dörd ildə Azərbaycanda səhiyyə büdcəsi 4 dəfə artıb. Bunu deputat Rəşad Mahmudov deyib. 
 
"Səhiyyənin inkişafı ilə bağlı müəyyən problemlər var.Sovetdən qalmış dönəmi yeni dövrlə qarşılaşdıranda problemlər olur. Azərbaycanda son dörd ildə səhiyyə büdcəsi 4 dəfə artıb. 10 minlərlə insan dövlət hesabına müalicə alır. Rayonlarda belə xidmət pulsuz olduğu üçün hətta müalicəyə ehtiyac duyulmuyan hallar üçün icbari tibbi sığortaya müraciət edilir ki, nəticədə böyük növbə probemi yaranır. Qarşılıqlı münasibətlərin düzəlməsi üçün zamana ehtiyac var", - deputat bildirib.  
 
Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov da söyləyib ki, rayonlarda kadr çatızmazlığı problemi var ki, bu da zamanla həll ediləcək məsələlərdir. 
 
Gülnar Nazimqızı 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM