Son 5 ildə vergi ödəyicilərinin sayı artıb

10:47 | 15.02.2024
Son 5 ildə vergi ödəyicilərinin sayı artıb

Son 5 ildə vergi ödəyicilərinin sayı artıb

Son 5 ildə aktiv vergi ödəyicilərinin sayında 1,7 dəfə artım müşahidə olunub. Bunu Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli deyib. 

"Vergi xidməti bu gün ölkənin büdcə gəlirlərinin formalaşması, iqtisadi inkişafın təmin edilməsi, sahibkarlığın dəstəklənməsi prosesinin fəal iştirakçısıdır. Ötən il Dövlət Vergi Xidmətinin üzərinə düşən fiskal öhdəliklərin icrası təmin edilib, dövlət büdcəsinə 16,1 milyard manatdan çox vergi daxilolması müəyyən olunub",- DVX-nin rəisi Orxan Nəzərli fevralın 15-də keçirilən "Vergi sistemi yeni inkişaf dövründə: davamlı iqtisadiyyat üçün strateji hədəflər” adlı Forumda bildirib.

Xidmət rəisi vurğulayıb ki,  2023-cü ildə həm iqtisadi artımın, həm də şəffaflaşma tədbirlərinin davam etməsi şəraitində nəzərdə tutulandan əlavə 1,1 milyard manat daxilolma təmin edilib.
 
Aytac Zeynalova

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM