2001-ci il sentyabrın 11-də Nyu-Yorkdakı Dünya Ticarət Mərkəzinin partladılması və 3 min insanın ölümü ilə nəticələnən qanlı terror aktı yeni əsrin terrorla müharibə əsri olduğunu ortaya qoydu. Sonradan Əfqanıstan və İraqda NATO qoşunlarının müdaxiləsi, Madrid, London kimi Avropa şəhərlərində baş verən qanlı terror aktları, 2008-ci ilin avqustunda Rusiya-Gürcüstan müharibəsi, 2005-ci ilin dekbarında Hind okeanında 300 mindən artıq insanın həyatına son qoyan dəhşətli sunami və s. dünyada hökm sürən qeyri-stabil şəraitin göstəricisi idi. Bu qeyri-stabillik sonrakı illərdə də davam edib.
ANN.Az "modern.az"a istinadən son 5 ildə dünyada baş verən mühüm siyasi hadisələrin xronologiyasını təqdim edir.
2010
12 yanvar. Karib dənizində yerləşən Haiti adasında baş verən 7 ballıq zəlzələ və onun ardınca gələn sunami 225 min insanın həyatına son qoydu. Ada ölkəsini viran qoyan həmin dəhşətli təbiət faciəsi hələ də "üçüncü dünya ölkəsi” olan Haitidə iqtisadi-siyasi gərginliyə yol açır.
10 aprel. Rusiyanın Smolensk şəhəri yaxınlığında içərisində prezident Lex Kaçinski və həyat yoldaşı Mariya daxil olmaqla, Polşanın bir sıra dövlət xadimlərinin olduğu təyyarə qəzaya uğradı. Hadisə nəticəsində 96 nəfər həlak oldu.
12 may. Liviyanın Tripoli şəhərində göyərtəsində 104 nəfərin olduğu təyyarə qəzaya uğrayır. Sərnişinlərinin əksəriyyəti Hollandiya vətəndaşı olan qəzada 8 yaşlı uşaq istisna olmaqla 103 nəfər həlak olur.
31 may. Blokada vəziyyətnidə olan Qəzza sektoruna humanitar yardım aparan "Mavi Mərmərə” İsrail xüsusi təyinatlılarının hücumuna məruz qalır. Gəminin göyərtəsindəki toqquşma 9 nəfər Türkiyə vətəndaşının ölümünə, 10-u israilli əsgər olmaqla 30-dan artıq insanın yaralanmasına səbəb olur.
10 iyun. Qırğızıstanın cənubunda qırğızlarla etnik özbəklər arasında milli zəmində toqquşmalar baş verir. İğtişaşlar zamanı rəsmi məlumatlara görə, 420-dən artıq insan həlak olub.
11 dekabr. Moskva sakini Yeqor Sviridovun küçə mübahisəsi zamanı Şimali Qafqaz əsilli vətəndaşlar tərəfindən öldürülməsindən sonra mərkəzi Moskva olmaqla, bütün ölkə boyu kütləvi iğtişaşlar və toqquşmalar baş verir.
24 dekabr. Tunisdə Sidi-Buzid şəhərində küçə ticarəti ilə məşğul olan 26 yaşlı Mənzəl Buazeyn sosial ədalətsizliyə etiraz olaraq özünü yandırır. Həmin gün Yaxın Şərq və Şimali Afrikada böyük ictimai-siyasi dəyişikliyə yol açacaq "ərəb baharı”nın başlanğıcı olur.
2011-ci il
14 yanvar. Tunisdəki etirazlar prezident Zin əl-Abidin Ben Əlinin istefa verməsi ilə nəticələnir.
15 yanvar. Cənubi Sudan referendum yolu ilə Sudan Ərəb Respublikasından ayrılaraq müstəqil dövlətə çevrilir.
24 yanvar. Moskvanın "Domodedovo” hava limanında kamikadzenin törətdiyi partlayış 40 nəfərin ölümünə, 180 nəfərin yaralanmasına səbəb olur.
11 fevral. 1981-ci ildən Misir prezidenti olan Hüsnü Mübarək etirazlar fonunda ölkə rəhbərliyindən istefa verir.
15 fevral. Liviyada Müəmmər Qəddafiyə qarşı kütləvi etirazlar başlayır.
15 mart. "Ərəb baharı”nın inqilab dalğası Suriyanı da bürüyür. Ölkənin Dəməşq, Hama və Dəraa şəhərlərində iğtişaşlar baş verir.
19 mart. NATO qoşunları Liviyanın bombalamağa başlayır.
2 may. Dünyanın bir nömrəli terrorçusu Üsama ben Laden ABŞ xüsusi xidmət orqanları tərəfindən Pakistanda məhv edilir.
22 iyul. Norveçin paytaxtı Osloda və Uteyya adasında 34 yaşlı millətçi Anders Breyviq tərəfindən törədilən kütləvi qətliam nəticəsində 77 nəfər həlak olur, onlarla insan xəsarət alır.
7 sentyabr. Rusiyanın Yaroslavl şəhərində göyərtəsində "Lokomotiv” hokkey klubunun heyəti olan təyyarənin qəzaya uğraması nəticəsində 44 nəfər həlak olub, 1 nəfər sağ qalıb.
31 oktyabr. Yer kürəsinin 7 milyardıncı sakini dünyaya gəlib.
2012-ci il
1 fevral. Misirin Port-Səid stadionunda baş verən qarışıqlıq zamanı 74 nəfər həlak olur, 300 nəfər xəsarət alır.
22 fevral. Argentinada qatar qəzası baş verir. 49 nəfər həlak olub, 600 nəfər xəsarət alıb.
6 aprel. Malidə dövlət çevrilişi baş verir. Prezidenti devirən tuareq tayfası müstəqil Azavad dövləti yaratdıqlarını elan edir.
4 dekabr. Filippində "Pablo” qasırğası 1844 insanın ölümünə səbəb olur.
2013-cü il
16 yanvar. Əlcəzairdə neft mədəninə hücum edən terrorçular 20-dən artıq əcnəbi işçini qətlə yetirirlər.
27 yanvar. Braziliyanın "Kiss” gecə klubunda baş verən yanğın 236 nəfərin həyatına son qoyur.
15 fevral. Rusiyanın Çelyabinsk vilayətinə meteorit düşür.
5 mart. Venesuela prezidenti Uqo Çaves dünyasını dəyişir.
15 aprel. ABŞ-ın Boston şəhərindəki illik marafonda 2 nəfərin ölümü ilə nəticələnən terror aktı baş verir. Sonradan hadisəni çeçen əsilli Tamerlan və Cövhər Çarnayev qardaşlarının törətdiyi aydınlaşır.
24 aprel. Banqladeşin Savar şəhərində 8 mərtəbəli binanın çökməsi nəticəsində 1124 nəfər həlak olur.
3 iyul. Misir ordusu prezident Məhəmməd Mursini devirir.
24 iyul. İspaniyada 80 nəfərin ölümü, 170 nəfərin xəsarət alması ilə nəticələnən qatar qəzası baş verir.
21 sentyabr. Keniyanın pasytaxtı Nayrobidə ticarət mərkəzinə baş verən hücum nəticəsində arasında avropalılar da olmaqla 67 nəfər həlak olur.
3 oktyabr. İtaliyanın Lampeduza adasında baş verən gəmi faciəsi nəticəsində 350 nəfər dünyasını dəyişir.
9 noyabr. "Yolanda” qasırğası Fillipində 6500 nəfərin həyatına son qoyur.
21 noyabr. Ukraynada Viktor Yanukoviç hakimiyyətinə qarşı kütləvi etirazlar başlayır.
29-30 dekabr. Rusiyanın Volqoqrad şəhərində baş verən ikili teror aktları nəticəsində 46 nəfər həlak olur, 250 nəfər xəsarət alır.
2014-cü il
21 fevral Viktor Yanukoviç hakimiyyətinə qarşı Kiyevdə başlayan etirazlar onun devrilməsin əsəbəb olur. Etirazçıların snayper atəşinə mərzu qalması nəticəsində 108 nəfər həlak olur.
8 mart. Malayziyaya məxsus "Boing 77” təyyarəsi Hind okeanı üzərində yoxa çıxır. 227 sərnişin və 12 heyət üzvünün taleyi bu günə qədər müəyyən olunmayıb.
16 mart. Krımda müstəqillik haqda referendum keçirilir.
18 mart. Krımın Rusiyanın tərkibinə keçməsi ilə bağlı razılşama imzalanır.
16 aprel. Cənubi Koreyada "Sevol” gəmisinin qəzaya uğraması nəticəsində 300-dən artıq insan həlak oldu.
13 may. Türkiyənin Soma kömür mədənində baş verən qəza nəticəsində 301 nəfər şaxtaçı həlak oldu.
17 iyul. Donetsk vilayətində Amsterdam (Hollandiya) – Kuala-Lumpur (Malaziya) reysi ilə hərəkət edən təyyarə raketlə vurulur. Nəticədə təyyarənin göyərtəsindəki 298 nəfərin hamısı həlak olur.
9 avqust. Qaradərili Maykl Braunun Sent-Lüis şəhərində ağdərili polis tərəfindən güllələnməsi kütləvi iğtişaşlara rəvac verir.
4 dekabr. Çeçensitanın mərkəzi Qroznıda 28 nəfərin ölümü ilə nəticələnən silahlı toqquşmalar baş verir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !