Bu ilin yanvar-iyun ayında Azərbaycanda neft emalı 3,3 milyon ton təşkil edib.
Bu barədə Energetika Nazirliyinin bu ilin yanvar-iyun ayları üzrə ölkədə neft-qaz hasilatı ilə bağlı hazırladığı operativ məlumatlarına əsasən xəbər verir.
Məlumata görə, neftin emala təhvili ötən ilin müvafiq dövrünə nisbətən 276,3 min ton çox olub.
SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodu regionun yeganə neftayırma kompleksidir və Azərbaycanın yanacağa olan tələbatının əsas hissəsini təmin edir. Zavodda 15 adda neft məhsulu, o cümlədən avtomobil benzini, təyyarə yanacağı, dizel yanacağı, mazut, neft koksu və s. istehsal olunur.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !