Son bir ayda 183 şəxsin diplomu tanınmayıb

14:04 | 06.08.2024
Son bir ayda  183 şəxsin diplomu tanınmayıb

Son bir ayda 183 şəxsin diplomu tanınmayıb

Təhsildə Keyfiyyət Təminatı Agentliyinə iyulda ali təhsil diplomunu təsdiq etmək üçün müraciət edən 937 nəfərin 754-ü barədə müsbət qərar verilib, 183 şəxsin müraciəti isə təmin olunmayb. Bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyi məlumat yayıb.

"Tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb edilən normativdən az olması səbəbi ilə 142, əczaçılıq ixtisası üzrə qiyabi formada təhsil alınması səbəbi ilə 17, təhsil forması səbəbi ilə 8, dövlət nümunəli olmayan diplom səbəbi ilə 6, akkreditasiyasız ali təhsil müəssisəsi və sərhəd xidmətinin məlumatı səbəbi ilə 3, akkreditasiyasız ali təhsil müəssisəsi səbəbi ilə 2, bakalavr diplomu üzrə mənfi qərar verilməsi səbəbi ilə 2, ekvivalenti olmayan ixtisas səbəbi ilə 2, baza təhsili diplomu olmadan magistratura təhsili alınması səbəbi ilə 1 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb",  -  mlumatda bildirilib. 

Agentliyə  Türkiyədə təhsil alan 346, Rusiyada 308, Ukraynada  114, Gürcüstandan 59, Birləşmiş Krallıqda 16, İtaliyada 11, Macarıstanda 9, Amerika Birləşmiş Ştatlarında 7, Qazaxıstanda 7, Polşada 6, Almaniyada 5, Belarusdan Respublikasında 5, Çexiyada 4, Çin Xalq Respublikasında 4, Litvada 4, Niderland Krallığında 4, Pakistanda 4, Belçika Krallığında 3, Estoniyada 3, Latviyada 3, Fransada 2, Koreyada 2, Avstriyada 1, Bolqarıstanda 1, Əfqanıstanda 1, İspaniya Krallığında 1, İsveç Krallığında 1, Kanadada 1, Norveç Krallığında 1, Özbəkistanda 1, Qambiyada 1, Səudiyyə Ərəbistanı Krallığında 1, Sinqapurda 1 müraciət  daxil olub. 

Tibb üzrə  təhsil alan 153, biznesin idarə edilməsi üzrə 71, iqtisadiyyat üzrə 64, maliyyə üzrə 54, stomatologiya üzrə 37 müraciət qeydə alınıb.
 
Təhsildə Keyfiyyət Təminatı Agentliyi 2023-cü ildə Prezident İlham Əliyevin Fərmanı ilə yaradılıb. Təhsil Nazirliyinin tabeliyində olan agentlik publik hüquqi şəxs statusu əsasında fəaliyyət göstərir.
 
Təhsildə Keyfiyyət Təminatı Agentliyinin yaradılmasında məqsəd insan kapitalının inkişafı,  təhsilin keyfiyyəti müasir çağırışlara uyğunlaşdırılmalıdır.

N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti