2023-cü ildə Azərbaycanda əhalinin bank əmanətləri (fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin vəsaitləri daxil olmaqla) 10,3% artaraq 12 milyard 947,75 milyon manata çatıb, Bu barədə MərkəziBank məlumat yayıb.
Bununla yanaşı, dekabrda əhalinin əmanətlərinin həcmi 422,9 milyon manat artıb (noyabrda 39,2 milyon manat azalıb).
Mərkəzi Bankın məlumatına görə, 2023-cü ildə əhalinin milli valyutada əmanətlərinin həcmi 21,1% artaraq 8 milyard 646,08 milyon manat və ya bütün əmanətlərin 66,8 faizini təşkil edib. Bununla yanaşı, əhalinin milli valyutada depozitləri dekabrda 410,9 milyon manat artıb.
Əhalinin xarici valyutada olan bank əmanətləri 6,6% azalaraq 4 milyard 301,66 milyon manat və ya əhalinin bütün əmanətlərinin 33,2 faizini təşkil edib (2022-ci ilin sonunda xarici valyutada əmanətlərin xüsusi çəkisi 39,2 faiz olub). Dekabrda xarici valyutada əmanətlər 12 milyon manat artıb.
2023-cü ildə rezidentlərin bank depozitlərinin həcmi 11 milyard 705,42 milyon manat (artım 10,8%), qeyri-rezidentlərin bank depozitlərinin həcmi 1 milyard 242,3 milyon manat (artım 5,8 faiz) təşkil edir.
Ümumilikdə, 31 dekabr 2023-cü il tarixinə Azərbaycanda banklardakı əmanətlərin həcmi 36 milyard 965,1 milyon manat qiymətləndirilir ki, bu da 2022-ci ilin sonuna olan göstəricidən 2% çoxdur.
N.Təbrizli
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !