Son bir ayda koronavirusa yoluxanların sayı açıqlanıb

11:08 | 02.02.2024
Son bir ayda koronavirusa yoluxanların sayı açıqlanıb

Son bir ayda koronavirusa yoluxanların sayı açıqlanıb

Azərbaycanda son 1 ay ərzində koronavirus (COVID-19) infeksiyasına 325 yeni yoluxma faktı qeydə alınıb. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib.


COVID-19-a yoluxan 217 nəfər sağalıb. Həftə ərzində analiz cavabı müsbət çıxan 21 nəfər ölüb.


İndiyədək ölkədə ümumilikdə  834 630 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 824 089 nəfər müalicə olunaraq sağalıb, hazırda 141 aktiv xəstə var. Bu günə qədər 10 400 nəfər vəfat edib.


Məlumata görə, son həftə ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 089, bu günə qədər isə ümumilikdə 7 721 568 test icra olunub.


Eyni zamanda ölkədə son həftə ərzində 281 nəfər vaksinasiya olunub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı isə 13 970 733  olub.
 
Azərbaycanda xüsusi karantin rejimi 2024-cü il aprelin 2-ə qədər uzadılıb.
 
Ümumdünya Səhiyyə Təşkilatı mayın 5-də COVİD-19 pandemiyasının bitdiyini elan edib.

COVID-19 pandemiyası ilə əlaqədar Azərbaycanda xüsusi karantin rejimi 2020-ci ilin martından etibarən tətbiq edilir.

Həmin ilin aprelindən isə ölkədə bir sıra qapanmalarla yanaşı, Azərbaycanın quru sərhədləri də bağlanıb. Hazırda pandemiya ilə bağlı məhdudiyyətlər aradan qaldırılsa da, sərhədlər 3 ildir ki, bağlıdır.
 
27 fevral 2020-ci il tarixində koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Nazirlər Kabineti yanında aidiyyəti dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərindən ibarət Operativ Qərargah yaradılıb.
 
Gülnar 
 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM