Son bir ildə YAP-dan xaric edilən tanınmışlar

Son bir ildə hakim Yeni Azərbaycan Partiyasından (YAP) uzaqlaşdırılan şəxslərin sayı kifayət qədərdir. Onların əksəriyyəti korrupsiya cinayətlərinə, bəziləri isə törətdikləri qeyri-etik əməllərə görə partiya üzvlüyündən xaric ediliblər. YAP-dan qovulanlar arasında xeyli tanınmış simalar var.
Son il ərzində YAP-dan uzaqlaşdırılan digər vəzifəli şəxslərlə bağlı məlumatları təqdim edir:
YAP üzvlüyündən xaric edilənlərdən biri deputat Eldəniz Səlimovdur. Polis əməkdaşını döyən deputat dərhal partiya sıralarından kənarlaşdırılıb, ardınca qolu qandallanaraq həbs olunub.
www.anews.az

Belə ki, bu il iyulun 29-da saat 01 radələrində Xaçmaz şəhərində yerləşən "Starıy Dvor” restoranında Milli Məclisin deputatı Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi barədə Daxili İşlər Nazirliyindən daxil olan material Baş Prokurorluqda araşdırılıb. Toplanan material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.
(moern.az)
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər