SON DƏQİQƏ: Ərdoğan bütün dünyaya ELAN ETDİ - Müharibə hər an başlaya bilər

13:49 | 19.02.2020
"İdlib hərəkatı artıq an məsələsidir”.

Publika.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Böyük Millət Məclisinin qrup toplantısındakı çıxışında qeyd edib.

Ərdoğan bildirib ki, İdlibi Türkiyənin anti-terror əməliyyatlarındakı qətiyyətini anlamayan rejimə və onu cəsarətləndirənlərə verməyəcək: "Sadəcə sərhəd təhlükəsizliyimiz deyil, eyni zamanda, 83 milyon vətəndaşımızın hər birinin evində rahat yata bilməsi üçün kritik əhəmiyyətə sahib Suriyada, həqiqətən, dastanlara layiq mübarizə aparırıq.
 
Hərəkat bölgəmizə doğru müdaxilələrə ən sərt formada cavab veririk. Bu bölgələrə cavabdeh ölkələr Türkiyənin qayğılarını qarşılaya bilməsə, öz başımızın çarəsinə özümüz baxacağıq. İdlibdə rejimin hücumlarını dayandırıb Soçi memorandumu çərçivəsində müəyyən edilən sərhədlərdən geri çəkilməsi üçün son günləri yaşayırıq. Öz ölkəmizdə, Rusiyada və meydanda aparılan müzakirələrdə arzu etdiyimiz nəticələri ala bilmədik. Türkiyə İdlib məsələsində öz hərəkat planlarını tətbiq etmək üzrə hər cür hazırlığını aparıb. Hər əməliyyatda olduğu kimi bu mövzuda da "bir gecə ansız gələ bilərik” deyirik”.

Ərdoğan qeyd edib ki, nə bahasına olursa-olsun, İdlibi həm Türkiyə, həm də bölgə xalqı üçün təhlükəsiz hala gətirməkdə qətiyyətlidirlər.

www.anews.az