SON DƏQİQƏ! - Keçmiş prezidentin həbs edilməsi üçün əməliyyat başlandı - FOTO

19:48 | 07.08.2019
Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayev həbs edilib.
Redaktor.az RİA-ya istinadən xəbər verir ki, eks dövlət başçısı Koy-Taş kəndindəki iqamətgahında polisə müqavimət göstərməyə çalışıb.
Həbs edilən Atambayevin xüsusi təyinatlılar tərəfindən naməlum istiqamətə aparıldığı qeyd olunur
 
""""
Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayevin həbs olunması üçün xüsusi əməliyyat başlanıb.
Redaktor.az Lenta.ru-ya istinadən xəbər verir ki, Atambayevin Koy-Taş kəndindəki iqamətgahı xüsusi təyinatlılar tərəfindən mühasirəyə alınıb. Ərazidə silah səsləri eşidilir.
Xəbəri eks prezidentin müşaviri təsdiqləyib.
Qeyd edək ki, 27 iyul tarixində ölkə parlamenti Atambaevin toxunulmazlıq statusunu ləğv etmişdi. O, 5 cinayət faktı üzrə şübhəli bilinərək istintaqa cəlb edilib.

www.anews.az
loading...