SON DƏQİQƏ: Rusiyada GÜCLÜ YANĞIN - Sakinlər təxliyə edildi / VİDEO

16:54 | 10.09.2019
SON DƏQİQƏ: Rusiyada GÜCLÜ YANĞIN - Sakinlər təxliyə edildi / VİDEO

SON DƏQİQƏ: Rusiyada GÜCLÜ YANĞIN - Sakinlər təxliyə edildi / VİDEO

Rusiyanın Krasnodar vilayətindəki Gelencik şəhərində yerləşən bazarda güclü yanğın baş verib.

Anews.az Ria novosti agentliyinə istinadən xəbər verir ki, alov qısa müddət ərzində 300 kvadrat metr ərazini əhatə edib. Yanğınsöndürənlər alovun yayılmasının qarşısını almaq üçün bir neçə saat səy göstərib. 

İlkin məlumatlara görə, tələfat qeydə alınmayıb. Xilasedicilər yaxınlıqda məskunlaşan sakinləri təxliyə edib. Məlumata görə, bazarın ətrafında iri ticarət mağazaları yerləşir. Alov mağazalara və nəqliyyat vasitələrinə də ziyan vurub. Hadisənin səbəbləri araşdırılır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM