SON DƏQİQƏ: TSQ və SMO Münbiçə irəliləyir - Döyüşlər başladı

19:45 | 14.10.2019
Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında başlatdığı "Barış Pınarı” Hərəkatı çərçivəsində nəzarətə aldığı Telabyad və Rəsulayn şəhərlərindən sonra illərdir problemi şəhər olaraq bilinən Münbiçə doğru istiqamətlənib.

Yenicag.az xəbər verir ki, Telabyad və Rəsulayndakı uğurlu əməliyyatların ardından Suriya Milli Ordusu (SMO) Münbiçə doğru hərəkət etməyə başladığını açıqlayıb.
Hazırda bölgədə döyüşlər getdiyi bildirilir.
Hərəkatın altıncı günündə zərərsizləşdirilən terrorçu sayı 550-yə çatıb. Nəzarət altına alınan şəhərlərdə 62 yaşayış məntəqəsi terrordan təmizlənib.
Digər məlumata əsasən, bölgədə əməliyyat genişləndiriləcək. Əsas məqsəd Münbiç və Fərat çayının qərb sahillərini terror ünsürlərindən təmizləmək göstərilib.
Qeyd edək ki, Ərdoğan Azərbaycan səfərindən əvvəl Münbiç barədə planlarını tətbiq etməyə az qaldığı barədə açıqlama verib.

www.anews.az
loading...