Son dəqiqə: Yaşayış binasında yanğın - sakinlər təxliyyə olundu

Mingəçevirdə yaşayış binasında yanğın baş verib.
Həmin ünvanda yerləşən yaşayış binasının 5-ci mərtəbəsində başlayan yanğının söndürülməsi üçün əraziyə FHN-nin iki yanğınsöndürən maşını və təcili yardım briqadası cəlb olunub. Dərhal yanğının qeydə alındığı blokun sakinləri təhlükəsiz sahəyə təxliyə olunub və ardınca yanğın sahəsi lokallaşdırılaraq söndürülüb.
Əldə olunan məlumata görə, yanğın mənzilin tüstü sobasında qeydə alınıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 