Son dəqiqə: Yaşayış binasında yanğın - sakinlər təxliyyə olundu

11:57 | 12.06.2019
Son dəqiqə: Yaşayış binasında yanğın - sakinlər təxliyyə olundu

Son dəqiqə: Yaşayış binasında yanğın - sakinlər təxliyyə olundu

Mingəçevirdə yaşayış binasında yanğın baş verib.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə az öncə şəhərin Heydər Əliyev prospekti  35 ünvanında baş verib.
Həmin ünvanda yerləşən yaşayış binasının 5-ci mərtəbəsində  başlayan yanğının söndürülməsi üçün əraziyə FHN-nin iki yanğınsöndürən maşını və təcili yardım briqadası cəlb olunub. Dərhal yanğının qeydə alındığı blokun sakinləri təhlükəsiz sahəyə təxliyə olunub və ardınca yanğın sahəsi lokallaşdırılaraq söndürülüb.

Əldə olunan məlumata görə, yanğın mənzilin tüstü sobasında qeydə alınıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb