SON DƏQİQƏ:Məhkəmədə aləm bir-birinə dəydi-DEPUTAT OĞLUNA GÖRƏ

20:49 | 13.09.2018
SON DƏQİQƏ:Məhkəmədə aləm bir-birinə dəydi-DEPUTAT OĞLUNA GÖRƏ

SON DƏQİQƏ:Məhkəmədə aləm bir-birinə dəydi-DEPUTAT OĞLUNA GÖRƏ

Veteninfo.az xəbər verir ki,bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Elnur İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. 

Hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Elnur İbrahimovun sürücüsü Fərhad Həmidov şahid qismində ifadə verib. O deyib ki, alınan pullardan ona faiz verilməyib, yalnız 500 manat əmək haqqı alıb. Şahid vəkillərin suallarını cavablandırarkən deyib ki, çantada olan pulu zərərçəkmiş Fərman Məmmədova verib. Zərərçəkmiş F. Məmmədov şahiddən pul almadığını deyərək, etirazını bildirib. Şahid isə ona pul verdiyini yenidən vurğulayıb. Bu zaman şahidlə zərərçəkmiş arasında mübahisə düşüb. Hakim onları intizama dəvət edib. Sonra şahid Xalid Qasımov ifadə verib. O deyib ki, 2012-ci ildə Elnur İbrahimov xaricdən mal gətirərək, ona satıb: "Həbib Axundov mənim ofisimə gəldi və Elnurun mənə 400 min manat məbləğində mal satıb-satmadığını soruşub. Mən də bunu təsdiqlədim. Ancaq dedim ki, hazırda məndə olan malların miqdarını bilmirəm". İttihama görə, E. İbrahimov özgə əmlakının etibardan sui-istifadə və aldatma yolu ilə ələ keçirmək məqsədilə Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərindən ofis ləvazimatları və kartricləri gətirərək, satmağı, satışdan əldə olunan gəlirdən qazanc verəcəyi ilə tanışı Həbib Axundovu aldadıb. Elnur İbrahimov Həbib Axundovdan 2012-ci ilin avqustundan 2013-cü ilin iyulun 28-dək olan müddətdə, müxtəlif vaxtlarda 125000 manat alıb. Həmin pulun 80000 manatını müxtəlif vaxtlarda hissə-hissə olmaqla qazanc adı ilə qaytarıb. Elnur İbrahimov 28 iyul 2013-cü ildə bank hesabında 3000000 manat pulu olması, lakin vergi borcu olduğu üçün hesabından pulu çıxara bilməməsi, vergi borcunun ödənilməsi üçün ona pul lazım olması ilə aldadaraq Yasamal rayonunda yerləşən "Flame” çay evində Həbib Axundovdan 10000 manat alıb, ümumilikdə ona 55000 manat ziyan vurub. Bundan başqa, Elnur İbrahimov təkrarən Dubay şəhərindən ofis ləvazimatları gətirmək adı ilə Həbib Axundovu aldadıb, 2012-ci ilin sentyabrından 2013-cü ilin iyulun 28-dək olan müddətdə, müxtəlif vaxtlarda Həbib Axundovun tanışı Fərman Məmmədovdan ümumilikdə 435000 manat alıb.O, 2013-cü ilin iyununda Fərman Məmmədova eyni vədlər verib, 100000 manat alıb. Daha sonra Elnur İbrahimov bank hesabında 300000 manat olduğunu, amma vergi borcu olduğu üçün həmin pulu çıxara bilməməsi adı ilə Fərman Məmmədovu aldadıb, ondan 40000 manat alıb. Elnur İbrahimov həmin pulun 225000 manat hissəsinin müxtəlif vaxtlarda qazanc qazanc adı ilə qaytarıb, 350000 manatı isə öz xeyrinə yönətlməklə zərərçəkmişə qarşı dələduzluq edib. Bundan başqa, Elnur İbrahimov Dubay şəhərindən ofis ləvazimatları gətirmək adı ilə daha bir neçə nəfərə qarşı dələduzluq edib, onların külli miqdarda pullarını ələ keçirib.Beləliklə bu Məhkəmədə Fərman Məmmədovun çoxsaylı yazılarına rəğmən təsdiq olundu ki, F.Məmmədov pullarını Həbib Axundova yox, Elnur İbrahimova vermişdir və ondan küli miqdarda sələm faizi almışdır.Cinayət işi üzrə zərərçəkmiş şəxslərdən biri Həbib Axundov deputat Elmira Axundovanın oğludur. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM