Son iki ayda DSMF-nin gəlirləri 8%-dən çox artıb

17:09 | 13.03.2023
Son iki ayda DSMF-nin gəlirləri 8%-dən çox artıb

Son iki ayda DSMF-nin gəlirləri 8%-dən çox artıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin 2 ayında proqnozla müqayisədə 8.2 faiz və ya 75.1 mln. manat çox olmaqla 993.5 mln. manat təşkil edib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, Fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları artmaqda davam edib. Bu daxilolmalar yanvar-fevral aylarında proqnoza nisbətən 11 faiz və ya 76 mln. manat artaraq 747.3 mln. manat olub.

Son 2 ayda DSMF-nin xərcləri isə ötən ilin müvafiq dövrünə nisbətən 13 faiz və ya 114 mln. manat artaraq 993 mln. manata çatıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM