Son iki ildə Tələbə Kredit Fonduna ayrılan vəsait açıqlanıb

11:44 | 24.05.2023
Son iki ildə Tələbə Kredit Fonduna ayrılan vəsait açıqlanıb

Son iki ildə Tələbə Kredit Fonduna ayrılan vəsait açıqlanıb

2021-2023-cü ildə Azərbaycanda dövlət büdcəsindən Təhsil Tələbə Kredit Fonduna 102 milyon manat vəsait ayrılıb.  Bu barədə "2022-ci il dövlət büdcəsinin icrasına dair illik hesabat"da bildirilib.

Məlumata görə,vəsaitin 80 milyon manatı 2021-ci ildə, 22 milyon manatı isə 2022-ci ildə ayrılıb. Bu vəsait hesabına hazırda cəmi 12 600 nəfərə, o cümlədən 4 700 nəfərə (37%) sosial, 7 900 nəfərə (63%) standart təhsil tələbə krediti verilib.
 
2021-ci il sentyabrında Azərbaycanda əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək, təhsil almaqda bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirmək məqsədilə Prezident İlham Əliyev "Təhsil Tələbə Krediti Fondunun” yaradılması haqqında Fərman imzalayıb. Fərmana əsasən, Fondun Nizamnaməsi və kapitalı müəyyənləşdirilib. Belə ki, Təhsil Tələbə Krediti Fondunun nizamnamə kapitalı 80 milyon manat nəzərdə tutulub.

Kreditlər öz hesabına təhsil alacaq tələbələrə şamil olunur və 2 qrupa bölünür: Birinci qrupa sosial həssas qrupa aid olan tələbələr daxildir. İkinci qrup isə standart kredit olacaq. Təhsil kreditində faiz dərəcəsi az olacaq. Sosial həssas qrupa aid olan tələblərin kredit faizləri isə daha da aşağı olacaq.

Tələbə krediti 20 il müddətinə qaytara biləcək. Yəni, tələbə ali təhsil müəssisəsini bitirdikdən sonra 20 il ərzində həmin krediti hissə-hissə Fonda qaytara biləcək. Bu və ya digər səbəbdən tələbə hərbi müddətdə olduğu, yaxud işləmədiyi müddətdə Fonda kredit vəsaitini geri qaytarmaq iqtidarında olmazsa, ona möhlət hüququ veriləcək.

Kreditlər veriləndə ilkin mərhələdə tələbənin giriş balı nəzərə alınacaq. Kredit üçün müraciət edəcək tələbələrin yüksək nəticə göstərməsi ilk şərt olacaq.

Fondun Nizamnaməsinə əsasən kredit məbləği birbaşa tələbəyə deyil, ali təhsil aldığı müəssisəyə veriləcək. Təhsil Tələbə Krediti Fondu tərəfindən verilən kreditlər birdəfəlik yox, hər tədris ili üzrə ödəniləcək.
 
Aytac Zeynalova


 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM