2014-cü ilin fevral-mart-aprel aylarından Rusiya Ukraynanın Krım bölgəsini və Donbas vilayətinin bir hissəsini işğal altında saxlayır. O vaxtdan bəri dünya çapında yaranan yeni qarşıdurma iqtisadi basqılarla da müşayiət olunur. Neftin dünya bazarında qiymətinin enişi Qərblə Rusiyanın iqtisadi müharibəsinin əsas elementidir. Transparency.az 2014-cü ilin martından – Krımın ilhaqından bəri dünya bazarında neftin qiymətinin necə dəyişdiyini araşdırıb.
Mart 2014: Nyu-Yorkun NYMEX birjasında "Layt” markalı neftin bir barreli 104,92 dollara, Londonun İCE birjasında isə "Brent” markalı neftin bir barreli 111,20 dollara satılır.
Azərbaycan nefti "AzəriLayt”ın bir barrelinin qiyməti London birjasında 114,80 dollardır.
Aprel 2014: Nyu-York birjasında "Layt” markalı neft 101,58 dollara, London birjasında "Brent” markalı neft 107,76 dollara təklif olunur.
"AzəriLayt” London birjasında 108,94 dollara satılır.
May 2014: "Layt” 99,74 dollar, "Brent” 108,07 dollar, "AzəriLayt” 111,13 dollardır.
İyun 2014: "Layt” 102,47 dollara, "Brent” 108,83 dollara, "AzəriLayt” 111,69 dollara gedir.
İyul 2014: "Layt” 105,37 dollara, "Brent” 112,36 dollara, "AzəriLayt” 113,92 dollara satılır.
Avqust 2014: "Layt” 98,17 dollar, "Brent” 106,02 dollar, "AzəriLayt” 107,005 dollar olur.
Sentyabr 2014: "Layt” 95,96 dollar, "Brent” 103,19 dollar, "AzəriLayt” 103,32 dollardır.
Oktyabr 2014: "Layt” 91,16 dollara, "Brent” 94,67 dollara, "AzəriLayt” 96,57 dollara təklif olunur.
Noyabr 2014: "Layt” 80,54 dollar, "Brent” 85,86 dollar, "AzəriLayt” 86,61 dollardır.
Dekabr 2014: "Layt” 66,15 dollara, "Brent” 70,15 dollara, "AzəriLayt” 74,52 dollara satılır.
Yanvar 2015: "Layt” 53,11 dollar, "Brent” 56,42 dollar, "AzəriLayt” 57,34 dollar olur.
Fevral 2015: "Layt” 48,24 dollar, "Brent” 52,99 dollar, "AzəriLayt” 50,89 dollardır.
Mart 2015: "Layt” 49,76 dollara, "Brent” 62,58 dollara, "AzəriLayt” 63,74 dollara təklif olunur.
Aprel 2015: "Layt” 47,60 dollar, "Brent” 55,11 dollar, "AzəriLayt” 56,96 dollar olur.
May 2015: "Layt” 59,63 dollar, "Brent” 66,78 dollar, "AzəriLayt” 66,87 dollardır.
İyun 2015: "Layt” 59,80 dollara, "Brent” 65,17 dollara, "AzəriLayt” 65,30 dollara satılır.
İyul 2015: "Layt” 59,47 dollar, "Brent” 63,59 dollar, "AzəriLayt” 63,66 dollar olur.
Və… avqustun 27-də yayılan məlumata görə, Nyu-York birjasında "Layt” markalı neftin bir barreli 38,60 dollara, London birjasında "Brent” markalı neftin bir barreli 43,14 dollara düşüb.
Azərbaycan nefti "AzəriLayt” markalı neftin bir barreli isə London birjasında 44,34 dollardır.
Bu o deməkdir ki, 2014-cü ilin fevral-mart-aprel aylarında Ukrayna torpaqlarının işğalı ilə başlayan iqtisadi basqı dalğasında "Layt” 66 dollar 32 sent, "Brent” 68 dollar 6 sent ucuzlaşıb.
Ən bahalı neft sayılan Azərbaycan nefti isə son il yarımda 70 dollar 46 sent dəyər itirib…
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !