Son sutkada 21 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb

16:38 | 21.11.2022
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 21 yeni yoluxma faktı qeydə alınıb, 3 nəfər müalicə olunaraq sağalıb.


Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.


İndiyədək ölkədə ümumilikdə 823 975 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 813 753 nəfər müalicə olunaraq sağalıb, hazırda 249 aktiv xəstə var. Bu günə qədər 9 973 nəfər vəfat edib.


Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 975, bu günə qədər isə ümumilikdə 7 358 931 test icra olunub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM