Son sutkada Gürcüstanda 5 nəfər yoluxub

17:28 | 07.07.2020
Son sutkada Gürcüstanda 5 nəfər yoluxub

Son sutkada Gürcüstanda 5 nəfər yoluxub

Gürcüstanda son bir sutka ərzində  yeni növ koronavirusa (COVID-19) 5 yoluxma halı qeydə alınıb. 
 
ANEWS.az-ın xəbərinə görə, bu barədə Gürcüstan Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən məlumat verilib.  Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 958 nəfərə çatıb.

Qeyd edək ki, Gürcüstanda koronavirus  səbəbi ilə hazırda 3903 nəfər karantində saxlanılır, 202 nəfər isə stasionar şəraitdə müalicə olunur. Yoluxanlardan 838 nəfərin sağaldığı, 15 nəfərin isə vəfat etdiyi bildirilir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM