Son sutkada koronavirusa yoluxanların STATİSTİKASI

09:44 | 15.01.2021
Son sutkada koronavirusa yoluxanların STATİSTİKASI

Son sutkada koronavirusa yoluxanların STATİSTİKASI

Dünyada son bir gündə koronavirusa 697 mindən çox yoluxma qeydə alınıb.
 
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı bildirib.

Son məlumata əsasən bir gün ərzində infeksiyaya yoluxma ilə bağlı 697 485 hal qeydə alınıb, COVID-19-dan 15 835 pasiyent ölüb. Beləliklə, dünyada COVID-19-a yoluxma hallarının ümumi sayı 91 061 072, ölüm hallarının sayı 1 970 741 təşkil edir.

Təhlükəli virusa ən çox yoluxma ABŞ-da qeydə alınıb. Bu ölkədə 22 645 757 nəfər virusa yoluxub. Daha sonra Hindistan (10 512 093), Braziliya (8 195 637), Rusiya (3 495 816), Böyük Britaniya (3 211 580), Fransa (2 783 908), İtaliya (2 319 036), İspaniya (2 176 089), Almaniya (1 978 590), Kolumbiya (1 816 082), Argentina (1 744 704) və Meksika (1 556 028) gəlir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM