ANN.Az Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, İstehsalçı əsas diqqəti “PlayStation” oyun konsolunun inkişafına və kameralar üçün sensor istehsalına yönəldir. Hazırda smartfon biznesi şirkətin əsas itki mənbələrindən biridir. “Sony” nümayəndələri bildiriblər ki, biznesi daha gəlirli etmək üçün mobil bazarda payın azalmasına hazırdırlar.Şirkətin məhz hansı smartfon modellərinin istehsalını dayandırması hələ ki naməlumdur. “Sony” üçün əsas gəlir mənbələrindən biri “PlayStation” üçün kontentin rəqəmli distribusiyası, müxtəlif abunələrin və konsolların satışı olacağı gözlənilir. Xatırladaq ki, bu yaxınlarda Cənubi Koreyanın “Samsung” şirkəti də bu vasitəyə əl atıb. Şirkət bəyan edib ki, 2015-ci ildə buraxılan smartfonların çeşidini 30 faiz azaldacaq.
ANN.Az