Amerikalı maliyyəçi Corc Soros Avropa Ittifaqını Ukraynaya təcili olaraq 15 milyard dollar maliyyə yardımı ayırmağa çağırıb.
"Qafqazinfo” xəbər verir ki, Soros və fransız publisist Bernar Anri Levinin "New York Times”da dərc olunan birgə məqaləsində qeyd edilir ki, Ukrayna özü-özünü müdafiə edə bilər, lakin ona maliyyə yardımı göstərilməlidir.
Onlar bildirirlər ki, Ukraynada yaşayışı təmin etmək və özəl investisiyaları stimullaşdırmaq üçün Qərb öz üzərinə öhdəlik götürməli və onu əlavə vəsaitlə təmin etməlidir. Maliyyə yardımı isə islahatların nə qədər uğurlu olmasından, həmçinin ölkənin şərqindəki situasiyanın gələcək inkişafından asılı olmalıdır.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !