Sosial, işsizlikdən və icbari tibbi sığorta daxilolmaları artıb

10:08 | 07.03.2024
Sosial, işsizlikdən və icbari tibbi sığorta daxilolmaları artıb

Sosial, işsizlikdən və icbari tibbi sığorta daxilolmaları artıb

2023-cü  ilin yanvar-fevralında Azərbaycanda muzdlu işçi sayı dövlət sosial sığorta haqları üzrə daxilolmalar 862,8 milyon manata yaxın olub, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15,4 % çoxdur. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.

Son 1 ildə qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 15,6 % artaraq 563,7 milyon manat təşkil edib.

Hesabat dövründə işsizlikdən sığorta haqları üzrə daxilolmalar 18,5 % artaraq 29,7 milyon manata, o cümlədən qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 16,7 % artaraq 22,8 milyon manata çatıb.

İl ərzində icbari tibbi sığorta haqları üzrə daxilolmalar isə 15,5 % artaraq 153,2 milyon manat, o cümlədən qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 13,9 % artaraq 110,4 milyon manat olub.
 
2023-cü ildə 8, 370 nəfərə işsizlikdən sığorta ödənişləri ödənilib. Bunu Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli deyib.

O bildirib ki, sığorta ödənişlərinə artıq avtomatlaşdırılmış qaydada təyinatına başlanılıb.

2022-ci il işsizlikdən sığorta ödənişləri 6, 333 nəfəri, 2021-ci il isə 3, 734 nəfəri əhatə edib.
 
Aytac Zeynalova

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM