Sosial izolyasiya ailədaxili zorakılığı kəskin artırıb – PROBLEM

17:46 | 03.04.2020
Sosial izolyasiya ailədaxili zorakılığı kəskin artırıb – PROBLEM

Sosial izolyasiya ailədaxili zorakılığı kəskin artırıb – PROBLEM

Hesablamalara görə, hazırda dünyada 3,43 milyard insan karantində saxlanılır.
 
Modern.az xəbər verir ki, koronavirus pandemiyası fonunda izolyasiyada saxlanılan bu insanlar eyni məkanı, mənzili bölüşdükləri ailə üzvləri ilə yola gedə bilmir. Dünyada ailədaxili zorakılıq hallarının artması müşahidə olunur.
 
Bütün ölkələrdə bununla bağlı statistika aparılmasa da, İspaniyanın Kataloniya bölgəsində məişət zorakılığının 20%, Kiprdə 30% və Braziliyada 50% artması məlumdur. Çində ailədaxili şiddətin 90%-i izolyasiyada saxlanılan cütlüklər arasında qeydə alınan faktlardan ibarətdir.
 
Dəqiq rəqəm olmasa da, İtaliya, Fransa, Almaniya, Türkiyə, Hindistan və s. ölkələr də izolyasiya tədbirlərinin zorakılıq göstəricisinə ciddi təsir göstərdiyi vurğulanır.
 
BMT ilə sıx əməkdaşlıq edən "Gender bərabərliyi və məişət zorakılığa qarşı mübarizə” təşkilatının sədri Alla Kuvatova ailədə sosial izolyasiyadan dolayı zorakılığa məruz qalma riski yüksək olan qrupları təsnif edib. O, vəziyyətin yaxın həftələrdə qorxulu miqyasa çatacağını gözləyir.
 
"Risk qrupuna ilk növbədə izolyasiya rejimindən əvvəl də, zorakılıq halları müşahidə olunan ailələr daxildir. İndi vəziyyət pisləşəcək, zorakılıq halları ilə daha təhlükəli forma alacaq. İkinci risk qrupuna pandemiyadan dolayı həyat səviyyəsi pisləşən şəxslər daxildir. Ər ya arvaddan biri işini itirsə, yaxud gəlir mənbəyindən məhrum olsa, gərginlik hökm sürəcək. Risk qrupunun 3-cü kateqoriyasına isə psixoloji xəstəlikdən əziyyət çəkənlər yaxud belə problemi olan ailə üzvüylə birgə yaşayan şəxslər daxildir. Stress vəziyyətində belə insanlarda narahatlıq arta, nəticədə zorakılıq aktları baş verə bilər”.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM