Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Rauf Tağıyev tutduğu vəzifədən azad edilib.
ANN.Az-ın məlumatına görə, bu barədə “salammews” xəbər yayıb.
Məsələ ilə bağlı Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsi ilə əlaqə saxladıq. Şöbədən Lent.az-a faktı təsdiqlədilər: “Rauf Tağıyev ərizə yazaraq, vəzifəsindən gedib. Onun yerinə təyinat olub-olmamağından xəbərimiz yoxdur”.
Qeyd edək ki, bir müddət öncə Dövlət Sosial Müdafiə Fondunun Maliyyə-büdcə şöbəsinin müdiri İdris İsayev nazir Səlim Müslümovun əmri ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi vəzifəsinə təyin olunub.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !