Sosial Müdafiə Nazirliyində daha bir vəzifəli şəxs işini itirdi

17:37 | 18.11.2013
Sosial Müdafiə Nazirliyində daha bir vəzifəli şəxs işini itirdi

Sosial Müdafiə Nazirliyində daha bir vəzifəli şəxs işini itirdi

Əmək və Əhalinin Sosial Müdafiəsi  Nazirliyinin Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Rauf Tağıyev tutduğu vəzifədən azad edilib. 

ANN.Az-ın məlumatına görə, bu barədə “salammews” xəbər yayıb.

Məsələ ilə bağlı Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsi ilə əlaqə saxladıq. Şöbədən Lent.az-a faktı təsdiqlədilər: “Rauf Tağıyev ərizə yazaraq, vəzifəsindən gedib. Onun yerinə təyinat olub-olmamağından xəbərimiz yoxdur”. 

Qeyd edək ki, bir müddət öncə Dövlət Sosial Müdafiə Fondunun Maliyyə-büdcə şöbəsinin müdiri İdris İsayev nazir Səlim Müslümovun əmri ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi vəzifəsinə təyin olunub.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb