“Starindex” xidmətinin hesabatına əsasən, 2013-cü ilin yekununa görə, “Facebook”da ən populyar müğənni Beyons, “Twitter”də isə Keti Perri olub.
“ICTnews” elektron xəbər xidməti “gazeta.ru” saytına istinadən bildirir ki, yekun siyahıların tərtibi zamanı "layk"lar və “Facebook”da şərhlər, “Last FM”-də səslənmə müddəti və dinləyicilərin sayı, “Twitter”də izləyicilərin sayı, “YouTube”-da baxış sayı,"VKontakte" istifadəçiləri tərəfindən yüklənmiş musiqi parçalarının sayı nəzərə alınıb.
Audio və videoresurslarda bir qədər fərqli mənzərə qeydə alınıb. “Last.FM” resursunda ötən il ən çox Daft Punka qulaq asılıb və “YouTube” videoportalında isə Pitbullun iştirakı olan kliplər izlənilib.
“ICTnews”
Bizi sosial şəbəkələrdə izləyin !