Sosial sığorta haqları üzrə daxilolmalar artıb

14:31 | 08.12.2023
Sosial sığorta haqları üzrə daxilolmalar artıb

Sosial sığorta haqları üzrə daxilolmalar artıb

2023-cü ilin on bir ayında məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 4,6 milyard manatdan çox olub, bu da  ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,9% artıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.

Bildiirlir ki, qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 15,8% artaraq 3 milyard manatdan çox olub.

İşsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrünə nisbətən 15,2 faiz artaraq 163,6 milyon manat, qeyri-büdcə təşkilatları üzrə daxilolmalar isə 16,4 faiz artaraq 121,2 milyon manat təşkil edib.
 
2023-cü ilin on ayında məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 4,2 milyard manatdan çox olub. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,4 faiz və ya 532,6 milyon manat artıb. 
 
İl ərzində icbari tibbi sığorta haqları üzrə daxilolmalar isə 14,8 % artaraq 842 milyon manat, o cümlədən qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 17 % artaraq 593,3 milyon manat olub.
 
2022-ci ildə sosial sığorta haqları üzrə Azərbaycan büdcəsinə daxilolmalar əvvəlki illə müqayisədə 19,2 % artıb.
 
Aytac Zeynalova

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM