• $
  • €
  • ₽
  • ₺
  • £

Sosial sığorta şəhadətnaməsi ləğv olunur

Sosial sığorta şəhadətnaməsi ləğv olunur
19.06.2021 17:44
Prezident İlham Əliyevin təsdiqlədiyi yeni Qanunlarla sosial sığorta şəhadətnaməsi ləğv olunur.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, qanunvericiliyə sığortaolunana fərdi şəxsi hesabındakı məlumatlara baxış imkanının yaradılmasını nəzərdə tutan əlavə edilib.

Prezident İlham Əliyev "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” və "Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanunları təsdiq edib və bununla əlaqədar Fərmanlar imzalayıb.

Yeni qanunlarla dövlət sosial sığorta şəhadətnaməsi ləğv edilir və həmin şəhadətnaməyə dair müddəalar qanunvericilik aktlarından çıxarılıb. 

İndiyədək qanunvericilikdə əksini tapan "dövlət sosial sığorta şəhadətnaməsi” sözləri sadəcə olaraq "sosial sığorta” ilə, "dövlət sosial sığorta şəhadətnaməsi olmayan” sözləri "fərdi uçota alınmamış” sözləri, "şəhadətnaməsinin verilməsi” sözləri "sistemində fərdi uçotun həyata keçirilməsi” sözləri ilə əvəzlənib. Həmçinin Əmək Məcəlləsinin 48-ci maddənin 1-ci hissəsindəki "və dövlət sosial sığorta şəhadətnaməsini (ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla)” sözləri çıxarılıb. 

Beləliklə, aparılan sosial islahatların tərkib hissəsi kimi, elektronlaşma proqramı çərçivəsində fərdi uçot barədə dolğun e-informasiya bazaları formalaşdırılıb. Hər bir sığortaolunana uçot dövründə daimi (dəyişməz) sosial sığorta nömrəsi ilə fərdi şəxsi hesab açılaraq ödənilən məcburi dövlət sosial sığorta haqları bu hesablarda qeydə alınır. Bu kimi innovativ həllərin nəticəsi olaraq və e-sistemdə vətəndaşların daimi sosial sığorta nömrəsinin olmasının kifayət etməsi nəzərə alınaraq,  sosial sığorta şəhadətnaməsinin maddi daşıyıcıda çap edilərək təqdim edilməsinə ehtiyac qalmayıb.

Eyni zamanda, "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Qanuna sığortaolunana fərdi şəxsi hesabındakı məlumatlara baxış imkanının yaradılmasını təmin edilməsini nəzərdə tutan əlavə edilir.

Qeyd edək ki, dövlət başçısının  5 sentyabr 2018-ci il tarixli Fərmanı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yaradılan "e-sosial” internet portalı  vətəndaşlara əmək müqaviləsi, fərdi uçot, pensiya kapitalı, sosial təminat növləri, torpaq-pay mülkiyyəti, əlillik, reabilitasiya, ödənilmiş məcburi dövlət sosial sığorta haqları ilə bağlı məlumatları və s. sahələr üzrə mütəmadi olaraq yenilənən məlumatları istənilən vaxt asanlıqla əldə edə bilmək imkanı verir.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Cinayətdə şübhəli bilinən 78 nəfər saxlanılıb
Cəmiyyət 10:58
Cinayətdə şübhəli bilinən 78 nəfər saxlanılıb
Bu hal aşkarlanarsa, mediaya maliyyə yardımı kəsiləcək
Cəmiyyət 10:39
Bu hal aşkarlanarsa, mediaya maliyyə yardımı kəsiləcək
Gürcüstanda matəm elan olunub
Cəmiyyət 10:12
Gürcüstanda matəm elan olunub
Bakı–Balakən qatarının hərəkəti bərpa edilir
Cəmiyyət 09:41
Bakı–Balakən qatarının hərəkəti bərpa edilir
Agentliyə yeni şöbə müdiri təyin edilib
Cəmiyyət 09:26
Agentliyə yeni şöbə müdiri təyin edilib
Yevlaxda maşın velosipedçini vuraraq öldürüb
Cəmiyyət 09:11
Yevlaxda maşın velosipedçini vuraraq öldürüb
Göyçayda yol qəzası olub, ölən və xəsarət alan var
Cəmiyyət 00:42
Göyçayda yol qəzası olub, ölən və xəsarət alan var
Qaxda avtomobil aşıb, 4 yeniyetmə yaralanıb
Cəmiyyət 23:00
Qaxda avtomobil aşıb, 4 yeniyetmə yaralanıb
Beynəlxalq axtarışda olan şəxs Türkiyədən Azərbaycana ekstradisiya edilib
Cəmiyyət 22:32
Beynəlxalq axtarışda olan şəxs Türkiyədən Azərbaycana ekstradisiya edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol