Mərkəz 2019-cü il ölkə prezidentinin fərmanı ilə yaradılıb və ilkin nizamnamə fondu 100.000 (bir yüz min) manat olub. Mərkəzin rəhbəri Milli Məclisin deputatı Zahid Orucdur.
Hazırda prezident seçkiləri ilə əlaqədar qurumun rəhbəri fəaliyyətini müvəqqəti olaraq dayandırıb.
STM-dən verilən məlumata görə, beş il ərzində 98 analitik hesabat, 648 arayış, tədqiqat, təhlil və təklif sənədi hazırlanıb.
5 il ərzində ümumilikdə 100565 respondentin iştirakı ilə 118 rəy sorğusu keçirilib, 10 kitab layihəsi icra edilib. 72 tədbir, görüş və təqdimatlar keçirilib. Mərkəz əməkdaşları ekspert kimi mediada 9 mindən çox çıxış edib və müsahibə veriblər. Elmi məqalə sayı 173, analitik və digər məzmunlu yazıların sayı 700 -ə bərabərdir. Əməkdaşların elmi konfrans, vebinar, seminar və təlimlərdə iştirak sayı 160-dan çoxdur.
STM ictimai münasibətlərin inkişaf dinamikasını sistemli təhlil edən, bu sahədə mövcud tendensiyaları müəyyənləşdirən və dəyişiklikləri proqnozlaşdıran, həmin dəyişikliklərin cəmiyyətə mümkün təsirlərini araşdıran, müasir informasiya texnologiyaları və elmi yanaşmalar tətbiq edilməklə ictimai fikrin öyrənilməsini və sosial tədqiqatlar aparılmasını təmin edən, həyata keçirdiyi elmi-analitik təhlilin nəticələrini dövlət orqanlarına təqdim edən publik hüquqi şəxsdir.
Gülnar Nazimqızı
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !