Şotlandiya niyə müstəqil olmaq istəyir? - SƏBƏBLƏR

16:36 | 18.09.2014
Şotlandiya niyə müstəqil olmaq istəyir? - SƏBƏBLƏR

Şotlandiya niyə müstəqil olmaq istəyir? - SƏBƏBLƏR

1707-ci ildən Birləşmiş Krallığın bir parçası olan Şotlandiyada bu gün müstəqillik naminə referendum keçiriləcək. ANN.Az-ın "Hürriyet.com.tr"yə istinadən xəbərinə görə, müstəqilllik kampaniyasının mərkəzində Şotlandiyanın geniş neft yataqları dayanır. 

Əsasında 1995-ci ildə “Cəsur ürək” filmi çəkilən və 1305-ci ildə İngiltərə kralı I Edvard tərəfindən edam etdirilən Uilyam Uollesin edamdan öncə son sözü “Azadlıq!” olmuşdu. Şotlandiya bu Birliyin tabeliyində qalacaqmı, yoxsa Birlikdən ayrılıb müstəqil olacaq? Bu sualın cavabı bu gün bəlli olacaq. 

1707-ci ildən Krallığın tərkibində olan Şotlandiyanın ayrılmaq istəyinin əsasında neft durur. 1960-cı illərdə tapılan neft və qaz yataqlarının böyük əksəriyyəti Şotlandiyanın şimal qərbindəki Şimal dənizindədir. Müstəqillik tərəfdarları Londona bağlı qalmağın Şotlandiyanı bu yataqlardan məhrum edəcəyi iddiasını irəli sürür. 

Birləşmiş Kralllıq 2013-cü ildə Şimal dənizində gündə 800 min barel neft hasil edib. Şotlandiya müstəqil olarsa Birləşmiş Krallığın neft yataqlarının 90%-i, qaz yataqlarının 47%-i Şotlandiyanın əlinə keçəcək. Müstəqillik istəyənlər bu neft və qaz yataqlarının Şotlandiyanı dünyanın ən varlı ölkələrindən birinə çevricəyini iddia edir. 

Bəzi mütəxəssislər isə neft gəlirlərinin verəcəyi üstünlüklərin şişirdildiyini bildirib və Şimal dənizində istehsalın getdikcə azaldığını qeyd ediblər. 

 ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM