Sovet dövründə təhsilin keyfiyyəti daha yaxşı idi - Deputat

17:14 | 24.05.2023
Sovet dövründə təhsilin keyfiyyəti daha yaxşı idi - Deputat

Sovet dövründə təhsilin keyfiyyəti daha yaxşı idi - Deputat

Sovet dövründə məktəblərdə müəllim problemi yox idi. Bunu millət vəkili Anar İsgəndərov bildirib.
 
"Məktəblərdə müəllim problemi və təhsilin keyfiyyəti aşağı olmurdu. İndi dərs deməyə həftədə bir dəfə Bakıdan müəllimlər gəlir. O dərsin keyfiyyəti necə olar bilər? Sovet dövründə qonşu kənddən belə dərs deməyə gələnlərin sayı çox az idi. Məüllim kənardan gələrsə onun dərsinin faydası da olmaz", - deputat  mayın 24-də Milli Məclisin Elm və Təhsil komitəsinin iclasında "Təhsil haqqında” qanunun müzakirəsində çıxışında deyib.
 
Elm və Təhsil Komitəsinin sədri deputata cavab olaraq bildirib ki, sovet dönəminə bir də qayıtmayacayıq. Əliyev qeyd edib ki, bu göstəricilər onunla bağlıdır ki, sovet dövründə bir neçə kəndə bir məktəb olardı, indi isə hər kəndə bir məktəb var. 
 
Gülnar Nazimqızı 

www.anews.az
1
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM